"Neftçi" braziliyalı hücumçunu transfer etdi

22:10 - 01 Sentyabr 2021

\"Neftçi\" braziliyalı hücumçunu transfer etdi

“Neftçi” klubu hücumçu transferini rəsmiləşdirib.

Manşet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı Ramon Maçado ilə 1 illik müqavilə imzalanıb.

30 yaşlı futbolçu "ağ-qaralar"ın heyətində 91 nömrəli formanı geyinəcək.

Sonuncu klubu “Brazil de Pelotas” (2016, 2021) olan Ramon Maçado Almaniyanın “Regensburq” (2012-2013), Braziliyanın “Espartivo” (2014), “Layeadense” (2014, 2015), “Santa Kruz” (2014), “Boa Esporte” (2015), “Ponte Preta” (2017), “Yuventude” (2017), “Vila Nova” (2018), “İtuano” (2019), “Parana” (2019), “Santo Andre” (2020, 2021) və “Botafoqo”da (2020) da çıxış edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az