Azərbaycanın yunan-Roma güləşçisi Nihad Quluzadə Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarının tarixinə düşüb.
Manşet.az-ın məlumatına görə, 55 kq çəki dərəcəsində mübarizə aparan güləşçi yarışda ilk qızıl medal qazanan idmançı olub.
Beləliklə, I MDB Oyunlarında ən birinci Azərbaycanın dövlət himni səsləndirilib.
Buna 82 kq-da mübarizə aparan rusiyalı Aues Qonibovun əvvəlcədən qalib elan edilməsi səbəb olub. Həmin çəkidə az idmançı olduğu üçün yerli idmançı vaxtından əvvəl qızıl medal qazanıb.