"Legiya" Mahir Emrelini qrup oyunları üçün sifariş etdi

12:45 - 10 Sentyabr 2021

\"Legiya\" Mahir Emrelini qrup oyunları üçün sifariş etdi

Avropa Liqasının qrup mərhələsində mübarizə aparacaq Polşanın "Legiya" klubu iştirak ərizəsini UEFA-ya təqdim edib.

Manset.az-ın məlumatına görə, Varşava təmsilçisi qrup oyunları üçün 25 futbolçu sifariş verib. Onların arasında Azərbaycan millisinin hücumçusu Mahir Emreli də var.

Oyunçulardan 2-si qapıçı, 9-u müdafiəçi, 9-u yarımmüdafiəçi, 5-i isə hücumçudur.

Qeyd edək ki, "Legiya" İtaliyanın "Napoli", İngiltərənin "Lester Siti" və Rusiyanın "Spartak" (Moskva) klubları ilə birlikdə C qrupunda mübarizə aparacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az