"Kəpəz" daha bir futbolçunun transferini həll edib.
Klubdan Manset.az-a verilən məlumata görə, "sarı-göylər" sabiq yarımmüdafiəçisi Əli Səmədovu heyətinə qatıb.
Gəncə futbol məktəbinin yetirməsi ilə bir illik müqavilə imzalanıb.
Qeyd edək ki, Əli Səmədov ötən mövsümün ikinci hissəsini "Şamaxı"da keçirib. O, sözügedən komandaya məhz "Kəpəz"dən keçmişdi.