Atası od püskürdü: Məhəmməd Əli də belə etmişdi

18:19 - 16 İyul 2023

Atası od püskürdü: Məhəmməd Əli də belə etmişdi

Ağır çəkidə WBC çempionu Tayson Fyurinin atası Con Fyuri oğlunun keçmiş UFC çempionu Frensis Nqannu (17-3) ilə döyüşməyi niyə seçdiyini açıqlayıb.

 

Manset.az xəbər verir ki, o, bu seçimə görə oğlunu tənqid edənlərə də sərt cavab verib.

“Boksda o, hamını məğlub etdi, dünyanın ən yaxşısıdır. Və düşünürəm ki, bu addımı tənqid edənlər, sadəcə paxıldırlar. Beyni olan istənilən adam başa düşür ki, bu, yaxşı biznesdir, gəlirdir.

Bilirsiniz, məncə mənfi şərhlər yazan insanlar təsadüfi personajlardır. Azarkeşləri başa düşürəm, amma o nə edə bilər? Heç kim Taysonla döyüşmək istəmir.

Beləliklə, fürsət yarandı, o da ikiəlli yapışdı. Niyə də olmasın? İndi isə yalnız böyük Səudiyyə Ərəbistanı ölkəsi bu döyüşlərə ev sahibliyi edə bilər, çünki onlar qarışqadan fil düzəldə bilirlər.

Dünyanın qalan hissəsi Səudiyyə Ərəbistanı ilə rəqabət apara bilməz. Ona görə də iyrənc şərhlər yazan adamlar əslində heç nə başa düşmürlər.

Məhəmməd Əli də şəksiz çempion olanda belə etmişdi. Tayson nəyi səhv edir? Mübarizə apara bilmir, təklif yoxdur. Nə etməlidir?” – Con Fyuri deyib.

Qeyd edək ki, 10 raundluq Fyuri – Nqannu döyüşü oktyabrın 28-də Səudiyyə Ərəbistanında keçiriləcək. Döyüş üç hakimin iştirakı ilə peşəkar boks qaydalarına uyğun keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az