"Qarabağ"ın potensial rəqibi bəlli oldu

23:16 - 18 İyul 2023

\"Qarabağ\"ın potensial rəqibi bəlli oldu

“Qarabağ”ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqibi bəlli olub.

 

Manset.az xəbər verir ki, Estoniya klubu “Flora” Polşa çempionu “Rakuv”la cavab matçına çıxıb.

İlk görüşdə 1-0 məğlub olan estonlar, ikinci görüşdə də 3-0 məğlub olaraq Çempionlar Liqasında mübarizəni dayandırıb. Bununla "Rakuv" növbəti mərhələdə "Qarabağ" -"Linkoln" cütünün qalibi ilə görüşəcək.

Qeyd edək ki, “Qarabağ”la “Linkoln” arasında cavab matçı iyulun 19-da Bakı Olimpiya Stadionunda keçiriləcək. Cəbəllütariqdəki ilk görüşdə Azərbaycan çempionu 2:1 hesablı qələbə qazanıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az