“Qarabağ” Marko Veşoviçin xidmətindən bir müddət istifadə edə bilməyəcək.
Manset.az xəbər verir ki, Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin “Rakuv”a qarşı ilk oyundan bir gün öncə keçirilən məşqdə zədələnmiş monteneqrolu MRT müayinəsindən keçib.
Veşoviç bir ay məşqlərdə iştirak etməyəcək. Futbolçunun zədəsi arxa əzələsi ilə bağlıdır. Həkim nəzarətində olacaq müdafiəçi bir aydan ərzində zədəsinin sağaldarsa, məşqlərini bərpa edəcək.