“Liverpul” darmadağınla qalib gəldi

18:41 - 30 İyul 2023

“Liverpul” darmadağınla qalib gəldi

“Liverpul" və "Lester" arasında yoxlama oyunu keçirilib. 

 

Manset.az xəbər verir ki, komandalar Sinqapur Milli Stadionda qarşılaşıblar. "Liverpul" 4:0 hesabı ilə qalib gəlib.

İlk hissədə hücumçu Darvin Nunes, yarımmüdafiəçi Bobbi Klark və forvard Dioqo Yota fərqlənib. 

İkinci hissədə şotlandiyalı hücumçu Ben Doak son nöqtəni qoyub - 4:0.

Qeyd edək "Liverpul" ötən mövsüm İngiltərə Premyer Liqasını 5-ci pillədə (38 matç, 67 xal) başa vurub və Çempionlar Liqasına vəsiqəni əldən verib. “Lester” isə 34 xal toplayıb və mövsümü 18-ci yerdə başa vurub. Komanda İngiltərə Premyer Liqasını tərk edib. Çempion “Mançester Siti” olub (89 xal).


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az