"Aşkın Olayım" mahnısının bəstəkarından "Qalatasaray"a sərt reaksiya gəlib.
Manset.az Haber Global-a istinaddən məlumat verir ki, "Qalatasaray" PSJ-dən Mauro İkardinin transferini açıqlayarkən argentinalı hücumçu ilə eyniləşdirilən "Aşkın Olayım" mahnısından istifadə edib.
Bu açıqlamadan qısa müddət sonra "Aşkın Olayım" mahnısının söz yazarı və bəstəkarı Onur Özdemir "Qalatasaray"ı oğurluqda günahlandıran paylaşım edərək ondan icazə almadığını bildirib.
Onur Özdemir sosial media hesabında "Qalatasaray"ı işarələyərək "İcazəsiz, xəbərdarlıq etmədən belə şeylərə cəhd edirsiniz. Bu ölkədə təmiz başlanğıc etmək olduğu halda niyə işlər oğurluqla görülür?" ifadələri işlədib.
Qeyd edək ki, Onur Özdemir bir müddət sonra bu paylaşımı silib.
Mahnını oxuyan Onur Özdemir və Simge Sağın sarı-qırmızılıların çempionluq şənliyində "Qalatasaray"ın argentinalı hücumçusu Mauro İkardi ilə duet oxuyublar.
Onur Özdemirin paylaşımını təqdim edirik:
Jalə
Manşet.az