Vüqar Kərəmov da növbəti qələbəsini qazandı

20:30 - 30 İyul 2023

Vüqar Kərəmov da növbəti qələbəsini qazandı

Azərbaycanın və “Qəbələ” İdman Klubunun MMA döyüşçüləri növbəti uğura imza atıblar.

 

Manset.az xəbər verir ki, təmsilçilərimiz Tofiq Musayev və Vüqar Kərəmov "Bellator" və "Rizin"in birlikdə təşkil etdiyi "Super Rizin 2" turnirində kəmər döyüşünə çıxıblar.

Hər iki döyüşçümüz Yaponiyada baş tutan turnirdə rəqibinə qalib gəlib. Tofiq yerli idmançı Akira Okada ilə üz-üzə gəlib. O, döyüşün ikinci raundunda rəqibini nokauta salıb.

Vüqar yaponiyalı Mikuri Asakura ilə qarşılaşıb. İdmançımız 1-ci raundda boğucu fəndlə qələbə qazanıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az