İspanlar gözlənilən xəbəri açıqladı

18:37 - 01 Avqust 2023

İspanlar gözlənilən xəbəri açıqladı

Zədəsi səbəbindən meydandan kənarda qalan Arda Gülərin son vəziyyəti ilə bağlı İspaniya mətbuatında xəbərlər yer alıb.

 

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, "Fənərbağça"dan "Real"a transfer olunan və zədəsi səbəbindən meydana çıxa bilməyən Arda Gülərin 2 ay müddətində dönüş edəcəyi açıqlanıb.

Bildirilib ki, futbolçu sentyabrın sonunda meydanda çıxış edə biləcək.

İyulun 22-də ilk dəfə sağ dizindən zədə alan Arda Gülər ​​o vaxtdan bəri xüsusi nəzarətlərlə məşqdə iştirak edir.

Real Madrid hələlik Arda Gülərin müalicə prosesi və sahələrə təxmini dönüş vaxtı ilə bağlı rəsmi açıqlama verməyib.

Aygün

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az