“Qarabağ” Azərbaycanın xalını artırdı - UEFA reytinqi

10:45 - 22 Sentyabr 2023

“Qarabağ” Azərbaycanın xalını artırdı - UEFA reytinqi

UEFA Avropa Liqası və Konfrans Liqasında qrup mərhələsinin I turunun oyunlarından sonra ölkələrin əmsallar cədvəlini açıqlayıb.

 

Manset.az xəbər verir ki, sentyabrın 21-də Bakıda Norveç “Molde”sinə 1:0 hesabı ilə qalib gələn “Qarabağ” Azərbaycanın hesabına 0,500 xal əlavə edib.

Amma ölkəmizin mövqeyində hər hansı dəyişiklik baş verməyib. Azərbaycan 17,375 xalla yenə 29-cu pillədə qərarlaşıb. Bir pillə öndə olan Slovakiya ilə fərqi azaltmaq mümkün olmayıb. Bu ölkə təmsilçisi “Slovan”ın doğma meydanda “KI Klaksvik”i (Farer adaları) üstələməsi (2:1) buna imkan verməyib.

30-cu yerdəki Moldova (12,875 xal) ilə fərq isə artıb. Buna “Şerif”in doğma azarkeşləri önündə İtaliya təmsilçisi “Roma”ya uduzması (1:2) səbəb olub.

Qeyd edək ki, siyahıya İngiltərə (90,303 xal) başçılıq edir. İspaniya (78,864 xal) ikinci, İtaliya (73,141 xal) üçüncüdür.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az