Neymar Xesusun qovulmasını tələb etdi

18:10 - 25 Sentyabr 2023

Neymar Xesusun qovulmasını tələb etdi

“Əl Hilal”da çıxış edən braziliyalı ulduz Neymar mübahisə etdiyi komandanın baş məşqçisi Xorxe Xesusun işdən çıxarılmasını tələb edib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, 31 yaşlı hücumçu "Əl-Hilal"da cəmi 2 oyun keçirməsinə baxmayaraq, artıq problemlərlə gündəmə gəlib.

Neymar Asiya Çempionlar Liqasında "Nevbahor Namenqan"la (Özbəkistan) matçdan sonra baş məşqçi Xorxe Jesusla mübahisə edib. Xesus paltardəyişmə otağında forvardı sərt şəkildə danlayıb.Bu hadisədən sonra Neymar klub rəhbərliyi ilə əlaqə saxlayıb və portuqaliyalı mütəxəssisin göndərilməsini istəyib. 

"Sport İtalia"da və Səudiyyə Ərəbistanı mediasında yer alan xəbərlərə görə, "Əl-Hilal" rəhbərliyi Jesusun meneceri ilə görüşüb. Görüşdə komandanın nəticələrinin və oyununun yaxşılaşmayacağı təqdirdə Xorxe Jesusla müqaviləyə xitam veriləcəyi haqda xəbərdarlıq edilib. 

Aygün

Manset.az

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az