Boksçularımız Rusiyada 6 medal qazandı

18:53 - 25 Sentyabr 2023

Boksçularımız Rusiyada 6 medal qazandı

Rusiyanın Anapa şəhərində 22 yaşadək kişi və qadın boksçular arasında Nikolay Pavlyukovun xatirəsinə həsr olunan beynəlxalq turnir başa çatıb.

 

Federasiyadan Manset.az-a verilən məlumata görə, yarışda Azərbaycan millisi 6 medal əldə edib.

Komandamızın heyətində Zeynəb Rəhimova qalib adına layiq görülüb. 54 kq çəkidə çıxış edən idmançı finalda rusiyalı Ulyana Savronu məğlub edərək, qızıl medala yiyələnib.

Yığmamızın digər boksçularından Tural Sarıyev (48 kq), Nicat Hüseynov (54 kq), İlqar Salahov (67 kq), Rəşid Həsənov (71 kq) və Mehparə Məmmədova (48 kq) bürünc mükafata sahib olublar.

Qeyd edək ki, komanda sentyabrın 26-da Bakıya qayıdacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az