Rusiya millisinin Kamerunla yoldaşlıq oyunu FİFA reytinqində nəzərə alınacaq.
Manset.az TASS-a istinadən xəbər verir ki, oktyabrın 2-də Rusiya Futbol İttifaqı oyunun oktyabrın 12-də Moskvada, VTB Arena stadionunda keçiriləcəyini təsdiqləyib.
“Rusiya - Kamerun matçı FİFA-nın reytinq cədvəlinə daxil ediləcək. Oyunda beş, eləcə də ciddi zədə olduqda daha bir əvəzetmə olacaq" - deyə məlumatda bildirilib.
FİFA və UEFA 2022-ci ilin fevralında Rusiya millisinin beynəlxalq turnirlərdə iştirakını dayandırıb.