“52 yaşımda boşanıb neyləyəcəyəm?”- Nadir Qafarzadə (VİDEO)

13:35 - 20 Aprel 2023

“52 yaşımda boşanıb neyləyəcəyəm?”- Nadir Qafarzadə (VİDEO)

"Baxıram ki, ahıl yaşında boşanırlar və deyirlər ki, insan həyatını yaşamalıdır. Həyatın bitib, nə yaşamaq!? Sevginin də həddi var".

 

Manset.az olay-a istinadən xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə "Səhər mərkəzi" proqramında qonaq olarkən deyib.  Sənətçi ailəsi dağılanlar barədə danışıb, yaşlı nəslin boşanmalarını qınayıb:

"52 yaşımda boşanıb neynəyəcəyəm? Biz birlikdə addımlamalıyıq. Dədə- babadan belə görmüşük, adət- ənənəmiz bu cürdür. O, bakılı qızı, mən isə dağlı. Bizdə çərçivələr olub və olacaq. Siz nə qədər bizi müasirliyə aparsanız da, öz adətimizdən çıxmayacağıq. Camaat özü bilər, biz niyə abır- həyamızdan çıxaq?

Elə "müasirlikdir" deyib bütün həyatımızı yaşamalıyıq? Hansı həyatdan söhbət gedir? Həyat ailədə gözəl olur, biləsiniz. Ailə yoxdursa, həyat yoxdur! Kimə lazımdır "bayquş"luq? Təklik Allaha məxsusdur".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az