"Brend geyimləri var, evinə gələnə çay verməyə stəkan tapmır"

20:57 - 31 Oktyabr 2023

\"Brend geyimləri var, evinə gələnə çay verməyə stəkan tapmır\"

Əməkdar artist bəstəkar-müğənni Elza Seyidcahan İTV-də yayımlanan "Sabahın xeyir Azərbaycan" proqramının qonağı olub.

 

Manset.az  Milli.az-a istinadən xəbər verir ki,  sənətçi açıqlamaları ilə yenə diqqət çəkməyi bacarıb. Müğənni bəzi xanımları tənqid atəşinə tutub.

Seyidcahanın yanaşması özünəməxsus olub:

"Xanım tanıyıram, oğlunu evləndirəndə aparmağa bir üzük tapmır. Eləsi var, evində süfrəsi, lazımlı əşyaları yoxdur. Bir rəfiqəm var, yası düşmüşdü. Evinə gələn qonaqlara çay vermək üçün 6 stəkan tapmadı. Süfrəyə qoyduqları hərəsi bir rəngdə idi. Ancaq geyimləri, çantaları, ayaqqabıları hamısı brenddir.

Mən, yaxşı mənada arvadam, hər bir tədarükümü öncədən görürəm. Bəziləri arvad ola bilməyib. Sənin evdə 200-300 manatın yoxdursa, sən nə xanımsan?

Qadının qızılı olmalıdır. Qızıl xanımın qoruyucusudur, pis gözü uzaqlaşdırır. Qara gündə köməyinə çatır. Keçmişdə qalmamışam, ancaq böyüklərimizdən qalan adət-ənənəni davam etdirirəm. Eyni əsrin insanlaryıq. İndiki gəncləri isə manqurtlaşdırıblar". 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az