Türkiyədə Fahriye Evcen, Şeyma Subaşı və Merve Boluğur kimi adlar sosial media hesablarında Halloween geyimlərini paylaşıblar.
Manset.az xəbər verir ki, Mustafa Sandal sosial media hesabında məşhur adların paylaşımlarına reaksiya verib.
Halloween geyimlərini paylaşan məşhurlara reaksiya göstərən Sandal, "Bir bütpərəstlik ənənəsi bizə necə sirayət etdi? Cadu yox, kostyum yox, konfet yox, aktuallıq yoxdur! Görürəm ki, bəzi insanlar Halloweni ən coşğulu şəkildə qeyd edirlər, sanki ətrafda heç bir problem yox idi. Bəs siz? "Paralel kainatda yaşayırsınız, yoxsa biz tamam başqa reallıqda yaşayırıq! Apokalipsis boyda vəhşiliyə məhəl qoymayaraq bütpərəstlik adətlərinizə sadiq qalmaq mövqeyiniz maraqlıdır. Mən bağışlayın, amma Halloween tam cəfəngiyatdır" deyib.
Jalə
Manşet.az