Xalq artisti, görkəmli aktyor və rejissor Ənvər Həsənovun yaradıcılığından bəhs edən “Ənvər Həsənovun xatirələri” kitabı işıq üzü görüb.
Manset.az xəbər verir ki, nəşri mədəniyyət yazarı Vasif Ayan qələmə alıb.
Kitab aktyorun “Azərbaycanfilm” kinostudiyasındakı 55 illik fəaliyyətini əhatə edən xatirələrdən ibarətdir.
Kitabda Ənvər Həsənovun sənət dostları – Xalq artistləri Rafiq Əzimov, Rasim Balayev, Şeyx Əbdül Mahmudov və Əməkdar incəsənət xadimi Cəmil Quliyevin də xatirələri yer alıb.
Nəşrin ideya müəllifi Vasif Ayan qeyd edib ki, yaxın günlərdə kitabın təqdimatı keciriləcək: “Təqdimatda Azərbaycan kino xadimləri, mədəniyyət nümayəndələri, Ənvər Həsənovun sənət dostlarının iştirak edəcəyi gözlənilir. Bildirmək istəyirəm ki, müsahibə formasında qələmə alınan yazılar olduqca maraqlı hadisə və faktları əhatə edir”.
Müəllif təqdimatın tarixi barədə yaxın günlərdə mediaya məlumat veriləcəyini də bildirib.