Xalq artisti Alim Qasımovun qızı, Əməkdar artist Fərqanə Qasımova sosial şəbəkədə övladları ilə bağlı paylaşım edib.
Manset.az Axşam.az-a istinadən xəbər verir ki, sənətçi üçəmləri Mövlanə, Həlimə və Salehin uşaqlıq fotosunu izləyiciləri ilə bölüşərək onların doğum gününün olduğunu bildirib:
"Mənim üçəmlərim, ad gününüz mübarək. Mələklərim, yaxşı ki, varsınız".
Qeyd edək ki, Sənətçinin Fatimə adlı daha bir qızı var. Fatimə Xalq artisti Natiq Şirinovun musiqiçi oğlu Ümidlin həyat yoldaşıdır.