Macarıstanın Budapeşt Milli Teatrında Romeo və Cülyetta obrazını canlandıran baş aktyorlar tamaşa zamanı eyvandan yıxılıblar.
Bu barədə Manset.az xarici KİV-ə istinadən xəbər verir.
Ağır xəsarət alan aktyorlar xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin stabil olduğu bildirilir.
Hadisədən sonra Milli Teatrın rəhbərliyi araşdırmalara başlayıb.
Qeyd edək ki, 2013-cü ildən Milli Teatrın direktoru vəzifəsində çalışan Attila Vidnyanski istefa ərizəsini Macarıstanın mədəniyyət naziri Yanoş Çaka təqdim edib.
Jalə
Manşet.az