Məşhur musiqiçi oğul analarına səsləndi: "Əl çəkə bilmirsiniz" - VİDEO

18:27 - 14 Dekabr 2023

Məşhur musiqiçi oğul analarına səsləndi: \"Əl çəkə bilmirsiniz\" - VİDEO

Bir neçə gün əvvəl bir toyda idik, bəy və gəlin çox xoşbəxt görünürdülər. Amma bir məqama toxunmaq istəyirəm. Hörmətli analar! Bu toyda bəyin anası oğul haqqında 5-6 dəfə fərqli-fərqli mahnıları qoyub, tək oğlu ilə rəqs edib onunla qucaqlaşıb ağlayırdı. Belə etməyin də. Çünki orada əyləşən kiminsə qızıdır. O, bu gündən görür ki, siz oğlunuzdan əl çəkə və bölüşə bilmirsiniz.

 

Manset.az xəbər verir ki, bu sözləri məşhur klarnet ifaçısı Hüseyn Məhəmməoğlu sosial mediada deyib. Toyda şahidi olduğu hadisəni bölüşən musiqiçi bildirib ki, analar oğlunu evləndirdikdən sonra ona həddən artıq bağlı olmamalıdır.

"Bəs bunun sonu necə olacaq? O gəlin də öz evindən, isti ocağından köçüb yad evinə gəlir. Ona qarşı daha diqqətli olmaq lazımdır. Bu diqqət isə toydan başlayır. Sizin oğul haqqında fərqli-fərqli mahnılara oynayıb sonra ağlayıb oğlunuzu qucaqlamanız nə dərəcədə düzgündür, bilmirəm... Ancaq düşünürəm ki, etməsəniz, daha yaxşı olar. Ondansa qızım musiqisini səsləndirib gəlninizlə rəqs edin. Çünki o, sizin evinizə gəlirsə, artıq qızınız sayılır".


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az