Deputat Ülvi Quliyev ilə "Nerminka"nı nə birləşdirir?

16:13 - 27 Aprel 2026

Deputat Ülvi Quliyev ilə \"Nerminka\"nı nə birləşdirir?

Milli Məclisin oliqarx deputatı Ülvi Quliyev "qoçuluq"la məşğuldur. Millət vəkili qanunların qəbul olunması ilə məşğul olmaq, seçicilərin problemləri ilə işləmək əvəzinə özü və oğlu ilə bağlı saytlarda gedən tənqidi materialları sildirməklə məşğuldur. 


Manset.az-ın əldə etdiyi məlumata görə, deputat Ülvi Quliyevin oğlu Orxan Quluzadənin sahibi olduğu “DİLER İNŞAAT” QSC Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin keçirdiyi tender müsabiqəsinin qalibi olub. Şirkətin vergi borcu olduğu halda, qalib elan olunması cəmiyyətdə suallar doğurub. Bununla bağlı xəbər portalımızda tənqidi yazı yayımlandıqdan sonra sosial şəbəkə hesablarımızda da paylaşım olunub. İzləyicilərin böyük marağına səbəb olan bu paylaşım "ən çox izlənilənlər" siyahısına düşüb. 

Görünən odur ki, vergi borcu olduğu halda qalib elan edilən şirkətin belə məlumatlarının çox izlənilməsi Ülvi Quliyevi narahat edib. Ülvi Quliyev də "[email protected]" (Böyük ehtimal katibəsidir) elektron poçt ünvanı ilə həmin paylaşımı şikayət edərək sosial şəbəkədən sildirib. 

Görünən odur ki, 20 ildir deputat fəaliyyəti görünməyən Ülvi Quliyev və oğlu ilə bağlı yayımlanan tənqidi material onu möhkəm narahat edib. Sual olunur: Əgər yayımlanan materialda özünüz və oğlunuzla bağlı yayılanlar həqiqət deyildisə, o zaman nə üçün siz bunları sildirmək variantını seçdiniz? 

Əlbəttə, bu suallara cavab tapmaq üçün Ülvi Quliyevin özü açıqlama verməlidir. O da ki, 20 ildir Milli Məclisdə ağzına su alıb oturub... 


Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az