Ekologiya və Təbii Sərvətlər Nazirliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə birgə QHT-lər üçün “COP29-la bağlı beynəlxalq təşəbbüslər” adlı müsabiqə elan edib.
Manset.az xəbər verir ki, müsabiqə üzrə sənədlərin qəbuluna 2024-cü il iyul ayının 16-dan başlanacaq.
Müraciət üçün son tarix 16 avqust 2024-cü ildir. Bundan sonra QHT-lərdən toplanmış sənədlərin ekspertizası aparılacaq, layihələr təhlil ediləcək və qaliblər müəyyənləşdiriləcək.
Təqdim olunan layihələr qlobal iqlim dəyişmələri mövzusuna uyğun olmalıdır.
Orta Qrant Müsabiqəsi (OQM) üzrə qrant məbləğinin yuxarı həddi - 30000 manat (icra müddəti 6 ayadək) olacaq.
Böyük Qrant Müsabiqəsi (BQM) üzrə qrant məbləğinin yuxarı həddi - 50000 manat (icra müddəti 6 ayadək) olacaq.
Müsabiqədə iştirak üçün tələblər:
Qrant müsabiqəsində QHT-lər yalnız koalisiya şəkildə iştirak edə bilər. Prosedurlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 sentyabr 2023-cü il tarixli 327 və 328 nömrəli Qərarınlarına uyğun aparılır (yerli QHT-lərə münasibətdə).
Koalisiya kimi müsabiqədə iştirak edən QHT-lər üçün tələblər:
- Koalisiya minimum “1 yerli QHT (Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış) + 1 xarici QHT” formatına uyğun gəlməlidir;
- Koalisiyada əsas icraçı yalnız yerli QHT olmalıdır;
- Koalisiyanın yaradılması barədə üzv olan bütün yerli və xarici QHT-lər tərəfindən təsdiqlənmiş protokol təqdim olunmalıdır (azərbaycan və ingilis dilində)
- Koalisiyada təmsil olunan xarici təşkilatlar haqqında ətraflı məlumat təqdim olunmalıdır (təmsil etdiyi ölkə, fəaliyyət sahəsi, təcrübəsi, sayt və s. digər məlumat mənbələri);
- Koalisiyada iştirak edən QHT-lərin işçi heyətinin beynəlxalq formatda layihə idarəetmə təcrübəsi və imkanları olmalıdır;
- Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrində qalib olan və öhdəliyi 16 avqust 2024-cü il tarixinə qədər tamamlanmayan QHT-lər koalisiyada əsas icraçı ola bilməz;
- 1 QHT yalnız 1 koalisiyada təmsil oluna bilər;
- Koalisiya hər 2 müsabiqəyə (OQM və BQM) layihələr təqdim edə bilər, bu halda müsabiqə tələblərinə cavab verən layihələrdən yalnız 1-i maliyyələşdiriləcək.
Müsabiqədə üstünlük verilən meyarlar:
- Əsas icraçı QHT-nin özünün və ya koalisiyada xarici tərəfdaş qismində iştirak edən təşkilatın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransında (COP) müşahidəçi statusa (observer status) malik olması və əvvəlki COP-lar, eləcə də iqlim dəyişmələri məsələləri ilə bağlı beynəlxalq təcrübəsinin olması;
Ətraflı
- Xarici tərəfdaş qismində iştirak edən UNFCCC müşahidəçi statusa malik təşkilatın inkişaf etməkdə olan ölkələrdən (İEOÖ-dən), xüsusilə ən az inkişaf etmiş ölkələrdən, inkişaf etməkdə olan kiçik ada ölkələrindən olması;
- Təqdim olunan layihə ilə bağlı koalisiyada təmsil olunan xarici tərəfdaşdan dəstək məktubunun olması.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 sentyabr 2023-cü il tarixli, 327 nömrəli Qərarına uyğun olaraq müsabiqə üçün tələb olunan sənədlər:
- layihə təklifi (nümunə əlavə olunur - orta, böyük qrantlar üzrə, məntiqi çərçivə);
- layihənin icra planı (nümunə əlavə olunur);
- layihənin xərclər smetası (nümunə əlavə olunur);
- layihə büdcəsinin maliyyə əsaslandırılması (nümunə əlavə olunur);
- Koalisiyada iştirak edən hər bir yerli QHT-nin nizamnaməsinin, qeydiyyat şəhadətnaməsinin və hüquqi şəxslərin dövlət reyestrindən çıxarışının surətləri;
- QHT-nin vergi uçotu haqqında şəhadətnaməsinin surəti (yerli QHT-lərə münasibətdə);
- QHT-nin səlahiyyətli nümayəndəsinin şəxsiyyətini təsdiq edən sənədlərin surəti (yerli QHT-lərə münasibətdə);
- Qrant məbləğinin köçürüləcəyi əsas icraçı QHT-nin bank hesabı barədə məlumatlar;
- Koalisiyada iştirak edən hər bir yerli QHT-nin Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 oktyabr tarixli 654 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə qrant verə bilən qurumların siyahısı”nda nəzərdə tutulan qurumlardan qrant alıb-almaması haqqında məlumat (nümunə əlavə olunur);
- Əsas icraçı QHT-nin OQM üzrə son 3 il ərzində fəaliyyəti, həyata keçirdiyi layihələr, habelə proqramlar barədə azı 10, BQM üzrə son 5 il ərzində fəaliyyəti, həyata keçirdiyi layihələr, habelə proqramlar barədə azı 20 fərqli informasiyanın media subyektlərində yayılmasını təsdiq edən sənəd (nümunə əlavə olunur);
- Yerli və xarici QHT-lər tərəfindən təsdiqlənmiş protokol (nümunə əlavə olunur);
- Koalisiyada təmsil olunan xarici təşkilatlarla bağlı ərizə forması (nümunə əlavə olunur).
Aşağıdakı layihələr müsabiqəyə buraxılmır:
- Məzmunu Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının qanunları və digər normativ hüquqi aktları və Nazirlər Kabinetinin 14 sentyabr 2023-cü il tarixli 327 və 328 nömrəli Qərarları ilə ziddiyyət təşkil edən layihələr;
- Əvvəllər keçirilən müsabiqələrin nəticələrinə görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilmiş eyni məzmunlu layihələr;
- Qrant müqaviləsi üzrə öhdəliklərini pozduğuna görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən müsabiqədə iştirak hüququndan məhrum edilmiş və eləcə də Agentlik qarşısında debütor borcu olan QHT-lərin layihələri.
QHT-lər üçün 50 min manatlıq qrant müsabiqəsi elan edildi
12:50 - 15 İyul 2024
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
08 Oktyabr 2026 - 14:50
Azay Quliyev ABŞ və Ermənistana çağırış etdi - VİDEO/FOTO
08 Oktyabr 2026 - 09:25
Prezident Türkmənistana getdi - FOTOLAR
08 Oktyabr 2026 - 18:49
İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak etdi - FOTOLAR - YENİLƏNİB
08 Oktyabr 2026 - 17:38
Azərbaycanda bəzi kolleclər ləğv olunacaq
08 Oktyabr 2026 - 15:07
Pensiya hesablanmasında yenilik - Kim nə qədər itirəcək?
08 Oktyabr 2026 - 17:06
Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
08 Oktyabr 2026 - 16:03
Şahin Bağırov idarə rəisini təqaüdə göndərdi
08 Oktyabr 2026 - 16:56
Misirdə 45 milyon illik yeni kəşf aşkarlandı
08 Oktyabr 2026 - 10:35
Saatlıda maşın işıq dirəyinə çırpıldı - Sərnişin öldü
08 Oktyabr 2026 - 13:24
Vüqar Qurbanova görə soyadını dəyişən baş həkim müavinini bıçaqladılar - YENİLƏNDİ
08 Oktyabr 2026 - 15:55
Məleykə Əsədovaya AĞIR İTKİ - FOTOLAR
08 Oktyabr 2026 - 16:55
“Sabah” – “Slaviya” matçına nə qədər bilet satılıb?
Xəbər xətti
- 09 Oktyabr 2026
- 01:30 İnsanı həqiqətən xoşbəxt edən nədir? - Psixoloq danışdı
- 00:30 “Barselona” onun müqaviləsini yenilədi
- 00:01 Hadrutun işğaldan azad olunmasından 6 il ötür
- 08 Oktyabr 2026
- 23:57 Süfrələr açıldı: Dadların paradı - VİDEO
- 23:47 Bəzi ərazilərdə işıq olmayacaq - Sakinlərin NƏZƏRİNƏ
- 23:32 "Yaxın Şərqdə mürəkkəb vəziyyət yaranıb" - Putin
- 23:16 Türkiyəli generala Azərbaycanın hərbi əməkdaşlıq medalı təqdim olundu
- 22:53 Göygöldə 48 yaşlı kişinin meyiti tapıldı
- 22:32 Cəbrayılda minaya düşənlər şəhid atası və qardaşıdır
- 22:14 XİN-dən Cəbrayıldakı mina partlayışları ilə bağlı AÇIQLAMA
- 21:51 Azərbaycanın nəşriyyat təmsilçilərinin işgüzar görüşləri təşkil olundu - FOTOLAR
- 21:36 Şəkərbura, paxlava bəzək verir Türkmənbaşına... - FOTOLAR
- 21:21 "Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır"
- 21:16 Prezidentin Türkmənistan səfərindən GÖRÜNTÜLƏR
- 20:52 BTQ-dən Fransada davam edən etirazlarla bağlı BƏYANAT
- 20:31 Həmin çobanın atası da minaya düşdü
- 20:14 “Sabah” - “Borussiya” matçının biletləri satışa çıxarıldı - QİYMƏTLƏR
- 19:48 İlham Əliyev Türkmənbaşıda konsert proqramında - VİDEO
- 19:31 Bakıda kişi boşanmaq istəyən arvadını döyüb, burnunu qırdı
- 19:12 "Heç bir qüvvə Azərbaycanı demokratik inkişaf yolundan döndərə bilməz"
- 18:49 İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak etdi - FOTOLAR - YENİLƏNİB
- 18:31 Cəbrayılda 26 yaşlı çoban minaya düşdü: Vəziyyəti ağırdır - YENİLƏNİB
- 18:14 Sabah leysan yağacaq - XƏBƏRDARLIQ
- 17:58 Azərbaycandan Gürcüstana kiloqramlarla qiymətli metal keçirmək istədi - FOTO
- 17:50 ""Starlink"dən istifadəyə icazə verin, 2-3 aya Putin hər şeyi itirəcək" - Zelenski
- 17:42 "Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müşahidə olunur" - MKA
- 17:38 Azərbaycanda bəzi kolleclər ləğv olunacaq
- 17:30 ADU–da IV Beynəlxalq Türk dili və ədəbiyyatının tədrisi simpoziumu keçirildi - FOTOLAR
- 17:24 Süni intellekt gözlərdən insan yaşını müəyyən edəcək
- 17:19 Cənubi Koreya Ukraynadakı səfirini geri çağırdı
- 17:11 Türkiyədə çökən binanın memarı və tikinti rəhbəri saxlanıldı
- 17:06 Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
- 17:04 Tramp İranla savaşın sürətlə bitəcəyini bildirdi
- 16:59 Türkiyə Səudiyyə Ərəbistanına əsgər göndərəcək? - Hakan Fidan açıqladı
- 16:56 Misirdə 45 milyon illik yeni kəşf aşkarlandı
- 16:55 “Sabah” – “Slaviya” matçına nə qədər bilet satılıb?
- 16:51 “Google Maps”də artıq bu məlumatı da görə biləcəksiniz
- 16:49 Alimlər yeni növ saatlar hazırladılar
- 16:41 Yeniyetmələrdə ağıllı telefon hansı risklər yaradır?
- 16:36 12 milyonunu general, qalanını onlar qaytarıb
- 16:28 Abşeronda 23 motoxuliqan saxlanıldı - VİDEO
- 16:17 Azərbaycan və Ermənistan nümayəndələri Gorusda görüşdülər
- 16:09 Husilər hava limanına hücum etdilər
- 16:03 Şahin Bağırov idarə rəisini təqaüdə göndərdi
- 16:00 “AzerGold” QSC-nin İdarə Heyətinin sədri 5-ci “Yüksəliş” müsabiqəsinin qalibi ilə növbəti görüş keçirdi
- 15:55 Məleykə Əsədovaya AĞIR İTKİ - FOTOLAR
- 15:49 Azər Mursaqulova yeni müavin təyin edildi - SƏRƏNCAM
- 15:45 Hücumlar nəticəsində "Yandex" fəaliyyətini dayandırdı
- 15:38 Nobel ədəbiyyat mükafatı ona veriləcək
- 15:24 Rusiya Ukraynada avtobusları vurdu - 12 ölü, 14 yaralı
- 15:07 Pensiya hesablanmasında yenilik - Kim nə qədər itirəcək?