FHN-in "112" qaynar xəttinə Bakı şəhəri, Nizami rayonunda avtomobil təmiri sexində yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-dən Manset.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə ilə əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.
Yanğının ətraf ərazilərə və yaxınlıqdakı obyektlərə yayılmasının qarşısı alınıb.
Yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.