SON DƏQİQƏ:Dövlət sərhəddində növbəti təxribat: Tovuzun kəndləri yenidən atəş altında

15:41 - 18 Noyabr 2021

SON DƏQİQƏ:Dövlət sərhəddində növbəti təxribat: Tovuzun kəndləri yenidən atəş altında

Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 18-si saat 14:10-dan etibarən Şəmşəddin rayonunun Çinarlı kəndi istiqamətində yerləşən mövqelərindən Tovuz rayonunun Koxanəbi kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini heç bir səbəb olmadan növbəti dəfə atıcı silahlardan intensiv atəşə tutublar.

 

Manşet.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. 

Cavab atəşi ilə qarşı tərəf susdurulub. Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az