Son günlər sərhəd boyunca Azərbaycan ordusuna qarşı təxribatlar törədən Ermənistan paralel olaraq Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının qapılarını döyməkdədir.
Bu da ondan xəbər verir ki, ermənilər məqsədli şəkildə sərhəd gərginliyi yaratmaqla “Rus NATO-su”nu proseslərə qoşmağı hədəfləyiblər.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, noyabrın 18-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan KTMT-nin baş katibi Stanislav Zasa zəng edib. Mirzoyan ənənəsinə sadiq qalaraq, son baş verənlərə görə Azərbyacanı ittiham edib, ölkəsinin suveren ərazisinə müdaxilə olunduğu haqda cəfəngiyyatlar danışıb. A.Mirzoyan hələ utanmadan 9-10 noyabr razılaşmasına əməl etdiklərini də deyib. Qeyd olunur ki, tərəflər vəziyyətin stabilləşdirilməsi imkanlarından bəhs ediblər. Erməni mediası S.Zasın fikirləri barədə hər hansı əlavələr etməyib. Belə qənaət hasil olur ki, ermənilərin zəhlətökənliyinin qarşılığında KTMT İrəvana növbəti dəfə dirsək göstərib.