“Putin, Əliyev və Paşinyan arasında danışıqlar üç saat davam edib”- Peskov

22:30 - 26 Noyabr 2021

“Putin, Əliyev və Paşinyan arasında danışıqlar üç saat davam edib”- Peskov

Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev, eləcə də Ermənistanın baş naziri Nikol Paşinyan arasında Soçidə üçtərəfli danışıqlar başa çatıb. Danışıqlar üç saata yaxın davam edib.

Manşet.az xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.

Danışıqlar zamanı tərəflər xüsusilə Qarabağdakı vəziyyəti müzakirə edib, həmçinin son bir ildə onun sabitləşməsi üçün görülən işləri dəyərləndiriblər.

Rusiya, Azərbaycan və Ermənistan liderlərinin danışıqları Qarabağda atəşkəs bəyannaməsinin imzalanmasının ildönümünə təsadüf edib və Rusiya tərəfinin təşəbbüsü ilə keçirilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az