Bakıda yaşayış binasında DƏHŞƏTLİ YANĞIN: 20 nəfər təxliyə edildi

10:22 - 28 Noyabr 2021

Bakıda yaşayış binasında DƏHŞƏTLİ YANĞIN: 20 nəfər təxliyə edildi

Bakıda məcburi köçkünlərin məskunlaşdığı beşmərtəbəli binada yanğın olub.

Bu barədə Manset.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Məlumata görə, hadisə Binəqədi rayonunda qeydə alınıb. Belə ki, binanın ikinci mərtəbəsinin pilləkən qəfəsində elektrik kabeli 10 p.m yanıb. Yanğın zamanı tüstü dolmuş mənzillərdən 20 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az