Baş Prokurorluqda tədbir keçirildi - FOTOLAR

12:20 - 13 Yanvar 2026

Baş Prokurorluqda tədbir keçirildi - FOTOLAR

Prokurorluq orqanlarında qulluğa yeni qəbul edilən gənc hüquqşünasların andiçmə mərasimi keçirilib.


Manset.az xəbər verir ki, tədbirdə Baş prokuror Kamran Əliyev çıxış edib.

Baş prokurorun szölərinə görə, geridə qalan 2025-ci il də orkurorluq əməkdaşları üçün əlamətdar olub. Prokurorluq orqanlarının beynəlxalq əlaqələrinin inkişafı da daim diqqət mərkəzində saxlanılıb.

Kamran Əliyev Azərbaycanla Ermənistan arasında ABŞ-də imzalanan birgə Bəyannamədən də danışıb, bunu Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və regional əməkdaşlığın yeni mərhələsinə xidmət edən mühüm siyasi nailiyyət adlandırıb:

“Avqustun 8-də ABŞ-də Azərbaycan Prezidenti, Ermənistan Baş naziri və ABŞ Prezidentinin iştirakı ilə keçirilən görüş regionda uzunmüddətli sabitliyin və təhlükəsizliyin təmin olunması baxımından həlledici mərhələ olub. Bu görüş Azərbaycanın sülh gündəliyinə sadiqliyini və beynəlxalq müstəvidə prinsipial mövqeyini bir daha nümayiş etdirdi. Görüşün nəticəsi olaraq imzalanan Birgə Bəyannamə və Azərbaycanla Ermənistan arasında “Sülh və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş"in mətninin paraflanması ölkəmizin suverenliyinə, ərazi bütövlüyünə və regional əməkdaşlığın yeni mərhələsinə xidmət edən mühüm siyasi nailiyyətdir”.

Baş prokuror Azərbaycanda 2025-ci il ərzində həyata keçirilən tədbirlərin də ölkənin suverenliyinin real və dayanıqlı əsaslar üzərində möhkəmləndirildiyini nümayiş etdirdiyini bildirib:

“2025-ci ilin iyul ayında Xankəndi şəhərində Prezident İlham Əliyevin iştirakı ilə keçirilən III Şuşa Qlobal Media Forumu azad olunmuş ərazilərin beynəlxalq ictimaiyyətə açıq dialoq və həqiqət məkanına çevrildiyini göstərib. Bu forum Azərbaycan həqiqətlərinin dünya mediasına birbaşa çatdırılması, informasiya təhlükəsizliyi və qlobal çağırışların müzakirəsi baxımından mühüm platforma rolunu oynadı. Eyni zamanda sentyabr ayında Çinin Tiencin şəhərində "ŞƏT plyus" formatında keçirilən görüş və dövlət başçımızın BMT Baş Assambleyasının 80-ci sessiyasında səsləndirdiyi mövqelər Azərbaycanın çoxtərəfli diplomatiyada artan çəkisini, regional və qlobal məsələlərdə söz sahibi olan dövlət kimi qəbul edildiyini aydın şəkildə ortaya qoydu”.

Kamran Əliyev bu sadalananların Azərbaycanın beynəlxalq müstəvidə artan nüfuzunun, müstəqil və prinsipial xarici siyasət kursunun nəticəsi olduğunu qeyd edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az