İsrail Səfirliyi Azərbaycan xalqını təbrik etdi

10:32 - 20 Mart 2026

İsrail Səfirliyi Azərbaycan xalqını təbrik etdi

İsrailin Bakıdakı səfirliyi Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edib.


Manset.az xəbər verir ki, təbrik "X" sosial şəbəkəsində paylaşılıb.

"Azərbaycan xalqını Ramazan bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir və ən xoş arzularımızı çatdırırıq. Qoy bu müqəddəs bayram sülh, rifah və birlik gətirsin, həmçinin insanlar arasında mərhəmət, səxavət və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə töhfə versin", - məlumatda deyilir.

Diplomatik nümayəndəlikdə Ramazan bayramının mənəvi dəyərlərinin Azərbaycan və İsrail xalqları arasında dostluq və əməkdaşlığın daha da möhkəmlənməsinə töhfə verəcəyinə ümid ifadə olunub.

"Sizə dərin hörmətimizi ifadə edir, mübarək və dinc Ramazan bayramı arzulayırıq", - qeyd edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az