İsrail BMT koordinatorunun vizasını ləğv etdi

11:02 - 06 Dekabr 2023

İsrail BMT koordinatorunun vizasını ləğv etdi

İsrailin xarici işlər naziri Eli Koen Birləşmiş Millətlər Təşkilatının (BMT) Fələstin humanitar məsələlər üzrə koordinatoru Lin Hastinqsin vizasını ləğv etdiyini açıqlayıb.


Manset.azn xarici mediaya istinadən məlumatına görə, Koen X sosial media hesabından verdiyi açıqlamada "BMT-nin ön mühakimələri qarşısında daha səssiz qalmayacağıq" deyib.

Hastinqsin vizasının ləğv edilməsinə səbəb onun humanitar fasilədən sonra Qəzza zolağına hücumların yenidən başlanmasını tənqid etməsi olub.  

Hastinqi “İsraili qınamaqda” günahlandıran Koen, “BMT-nin Humanitar Məsələlər üzrə koordinatoru Lin Hastinqsin İsraildəki yaşayış vizasını ləğv etmək qərarına gəldim. Həmas yerinə İsraili qınayan biri BMT-də xidmət edə və İsrailə daxil ola bilməz” deyə vurğulayıb.

Əfsanə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az