ADU-nun əməkdaşları Heydər Əliyevin məzarını ziyarət ediblər - FOTOLAR

18:00 - 12 Dekabr 2023

ADU-nun əməkdaşları Heydər Əliyevin məzarını ziyarət ediblər - FOTOLAR

Dekabrın 12-də Azərbaycan Dillər Universitetinin rəhbərliyi və kollektivi Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər.

 

Manset.az xəbər verir ki, müstəqil Azərbaycanın qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsi dərin hörmət və ehtiramla yad edilib, abidəsi önünə gül dəstələri qoyulub, ruhuna dualar oxunub.

Sonra Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsi yad edilərək məzarı üzərinə gül dəstələri düzülüb.

Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə də gül dəstələri qoyulub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az