Ərdoğan Baydenlə Qəzzadakı vəziyyəti müzakirə etdi

23:16 - 14 Dekabr 2023

Ərdoğan Baydenlə Qəzzadakı vəziyyəti müzakirə etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Cozef Bayden arasında telefon danışığı olub.

 

Manset.az  xəbər verir ki, danışıq zamanı İsrail-Fələstin qarşıdurması, İsveçin NATO-ya üzvlüyü, F-16 qırıcıları ilə bağlı məsələlər, eləcə də ikitərəfli əlaqələr müzakirə edilib.

Ərdoğan Yaxın Şərqdə baş verən qarşıdurmanın aradan qaldırılması, bununla əlaqədar təcili atəşkəsin təmin edilməsinin vacibliyini bildirib.

O, bu məsələnin həlli ilə bağlı Türkiyənin təklif etdiyi qarant mexanizminin yaradılmasının önəmini bir daha diqqətə çatdırıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az