"Bizim namizəd cənab İlham Əliyevdir" - Deputat Emin Hacıyev

17:06 - 15 Dekabr 2023

\"Bizim namizəd cənab İlham Əliyevdir\" - Deputat Emin Hacıyev

Məlum olduğu kimi 15 dekabr 2023-cü il tarixində  Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin geniş tərkibli iclası keçirilmişdir. İclasda Prezident cənab İlham Əliyevin namizədliyi irəli sürülmüş, qərar səsverməyə çıxarılaraq yekdilliklə qəbul edilmişdir. Bu gün Azərbaycan beynəlxalq aləmdə güclü iqtisadiyyata malik olan, nüfuzlu və öz sözünü deyən ölkələrdən birinə çevrilib.

 

Manset.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Emin Hacıyev deyib.

Emin Hacıyev qeyd edib ki, müasir dünyamızda baş verən proseslər, dəyişikliklər yeni çağırışlar yaradır:

"Ölkəmizdə növbədənkənar Prezident seçkilərinin keçirilməsi yeni yaranmış reallıqların təzahürüdür. 20 il öncə xalqımız müdrik seçim edərək Ulu Öndər Heydər Əliyevin siyasi irsinin layiqli davamçısı cənab İlham Əliyevə səs verərək onu Prezident seçdi. Ötən illərdə ölkəmizin sürətli tərəqqisi, əldə etdiyi uğurlar və ən əsası torpaqlarımızın işğaldan azad edilməsi bu seçimin nə dərəcədə düzgün olduğunun göstəricisidir. Fevral ayının 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərini əminliklə Zəfər seçkisi adlandırmaq olar. Uzun illər davam edən işğaldan sonra ilk dəfə Azərbaycanın bütün ərazilərində keçiriləcək bu seçki tariximizin şanlı səhifələrinə həkk olacaqdır". 

Deputatın sözlərinə görə, növbəti fərəh doğuran məsələ ondan ibarətdir ki, 30 ildən sonra ilk dəfə işğaldan azad edilmiş ərazilərimizə qayıdan vətəndaşlarımız öz doğma torpaqlarında səsvermə hüququnu həyata keçirə biləcəklər:

"Bu təkcə keçmiş məcburi köçkünlərimizin deyil, hər bir azərbaycanlının qürur mənbəyidir. Əminliklə bildirirəm ki, müdrik Azərbaycan xalqı 7 fevralda keçiriləcək seçkilərdə yenə inkişafa, əmin-amanlığa, sabitliyə - öz liderinə səs verəcək. “Qarabağ Azərbaycandır!” şüarını dilindən düşürməyən xalqımız, uzun illər çox böyük zəhmət hesabına bu şüarı yaradan və həyata keçirən ölkə rəhbərinin yeni seçkilərdə əlbəttə ki, yanında olacaq, xarici və daxili siyasətini, o cümlədən Qarabağda və ölkənin digər bölgələrində quruculuq işlərini fəal şəkildə dəstəkləyəcək".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az