"Azəriqaz"dan əhaliyə XƏBƏRDARLIQ: saat 21:00-dan etibarən...

20:37 - 21 Dekabr 2023

\"Azəriqaz\"dan əhaliyə XƏBƏRDARLIQ: saat 21:00-dan etibarən...

Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin internet şəbəkəsi infrastrukturunda profilaktik işlərin görülməsi planlaşdırılır.

 

Manset.az  xəbər verir ki, bu barədə SOCAR-ın "Azəriqaz" İB-yi məlumat yayıb.

Bildirilib ki, bu səbəbdən həmin müddət ərzində SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin ictimaiyyət üçün açıq olan bütün resurslarının, veb-səhifənin, elektron poçt və VPN xidmətlərinin, həmçinin ödəniş sistemlərinin fəaliyyəti müvəqqəti olaraq dayanacaq.

Verilən məlumata görə profilaktik işlərin bu gün (21.12.2023 tarixində) saat 21:00-dan etibarən bir neçə saat ərzində davam etməsi nəzərdə tutulur.

Abonentlərdən mövcud vəziyyəti nəzərə almalarını xahiş edirik.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az