Prezident İcbari tibbi sığorta fondunun gələnilki büdcəsini təsdiq etdi

11:38 - 27 Dekabr 2023

Prezident İcbari tibbi sığorta fondunun gələnilki büdcəsini təsdiq etdi

Prezident İlham Əliyev İcbari tibbi sığorta fondunun 2024-cü il büdcəsini təsdiq edib.

 

Manset.az xəbər verir ki, gələn il üçün Fondun gəlirləri və xərcləri 2 811 428 292 manat məbləğində təsdiq olunub.

2024-cü ildə Fondun gəlirlərinin 1 375 987 690 manatı dövlət büdcəsindən ayırmalar, 815 053 804 manatı İşəgötürən və işçi tərəfindən icbari tibbi sığorta üzrə ödənilən sığorta haqları hesabına formalaşacaq.

Fondun xərclərinin isə 2 503 074 032 manatını icbari tibbi sığorta ödənişləri və dotasiya təşkil edəcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az