TÜRK PA-nın nümayəndələri seçkiləri müşahidə edir

08:51 - 07 Fevral 2024

TÜRK PA-nın nümayəndələri seçkiləri müşahidə edir

Növbədənkənar prezident seçkilərində səsvermə prosesi başlayıb.

 

Manset.az APA-ya istinadən  xəbər verir ki, 35 saylı Xətai III seçki dairəsinin 2 saylı seçki məntəqəsində səhər saatlarından (08:00-dan) etibarən seçicilər səsverməyə qoşulublar.

Sözügedən məntəqədə TÜRK PA-nın nümayəndələrindən ibarət heyət də müşahidəçi qismində qatılıb.

Heyətə TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er rəhbərlik edir. Heyətin tərkibində Mahmut Rıdvan Nazırlı, Ömer Faruk Gergerlioğlu, Harun Özgür Yıldızlı, eləcə də Qırğızıstandan olan millət vəkili Ulan Bakasov da var.


 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az