İqtisadçı-ekspert
Natiq Cəfərli Azərbaycanda icra başçılarının maaşlarının bölgülərinə və real gəlirləri
ilə həyat tərzləri arasındakı uyğunsuzluğa diqqət çəkib.
Manset.az-ın
məlumatına görə, ekspert inzibati-ərazi vahidləri üzrə icra başçılarının aylıq
maaşlarını paylaşıb.
Bakı şəhər
icra başçısı – 7650 manat
Gəncə və
Sumqayıt şəhərlərinin icra başçıları – 5625 manat
Əhalisi
100 mindən çox olan rayonlar – 4587,5 manat (Abşeron, Masallı, Şəmkir və s.)
Əhalisi
50–100 min arası olan rayonlar – 4225 manat (Ucar, Lerik, Beyləqan və s.)
Əhalisi 50 minə kimi olan rayonlar – 3837,5 manat (Xızı, Sədərək, Daşkəsən və s.)
Natiq Cəfərlinin
sözlərinə görə, bu məbləğlərdən 14% gəlir vergisi, 3% DSMF, 2% icbari tibbi
sığorta, 0,5% işsizlik sığortası və YAP-a üzvlük haqqı tutulur.
Natiq Cəfərli bildirib ki, icra başçılarının maaşları 1 mart 2022-ci ildən artırılıb. Həmin
tarixdən onların əsas maaşına 1,5 misli əlavə tətbiq olunur. Məsələn, 2022-ci
ilə qədər Bakı şəhər icra başçısının maaşı cəmi 3060 manat idi:
“Məsələn, Xızı rayonunun icra başçısı 2012-ci ildən bu vəzifədədir. 2012–2022-ci illər arasında bütün tutulmalardan sonra ayda təxminən 1700 manat maaş alırdı. Hazırda isə bu məbləğ 3000 manat civarındadır. Amma sual yaranır: həmin şəxs bu gəlirlə necə dolanıb? Yaşadığı ev, sürdüyü avtomobil bu maaşa uyğundurmu?”
N.Cəfərli vurğulayıb ki, söhbət təkcə Xızı rayonundan getmir, istənilən rayonun icra
başçısı ilə bağlı eyni suallar meydana çıxır.