Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti dəyişməyib.
Manset.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 66,22 ABŞ dolları səviyyəsində qərarlaşıb.
Qeyd edək ki, ötən gün də neftimiz 66,22 ABŞ dollarına ticarət olunub.
Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb.
Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.