Neftimiz bu gün neçəyə satılır?

09:57 - 18 Dekabr 2025

Neftimiz bu gün neçəyə satılır?

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.


Manset.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0.95 ABŞ dolları və ya 1.52% artaraq 63.4 ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, ötən gün neftimiz 62.45 ABŞ dollarına ticarət edilib.

Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb.

Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az