Ermənistana yanacaq daşıyan yük qatarı yola salındı

09:28 - 19 Dekabr 2025

Ermənistana yanacaq daşıyan yük qatarı yola salındı

Prezident İlham Əliyevin qərarı ilə oktyabr ayında Azərbaycandan Ermənistana yüklərin tranziti ilə bağlı mövcud məhdudiyyətlərin aradan qaldırılmasından sonra Dövlət Neft Şirkəti SOCAR tərəfindən ilk dəfə olaraq qonşu ölkəyə yerli mənşəli neft yükünün tədarükü həyata keçirilir.


Manset.az Report-a istinadən xəbər verir ki, bu gecə saat 01:00 radələrində "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) yük qatarı ilə Böyük Kəsik stansiyasına gətirilən 22 vaqona yüklənmiş 1220 ton Aİ-95 markalı avtomobil yanacağı 4 saat sonra Gürcüstana yola salınıb.

Yük Gürcüstan vasitəsilə Ermənistana çatdırılacaq.

Qeyd edək ki, bu barədə razılaşma noyabrın 28-də Qəbələ şəhərində Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev ilə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın görüşündə əldə olunub.






Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az