"Comex" birjasında qızılın qiyməti tarixi maksimumu yeniləyib. 2026-cı ilin fevral ayı üçün nəzərdə tutulan qızıl füçersləri bir trua unsiyası üzrə 4 700 dollar həddini keçib.
Manset.az-ın məlumatına görə, Bakı vaxtı ilə saat 08:49-da qızıl 2,29% bahalaşaraq 4 700,6 dollar olub.
Bir neçə dəqiqə sonra isə qiymət cüzi enərək 4 699,8 dollara düşüb.