Gümüşün qiyməti tarixi maksimumu yenilədi

00:30 - 23 Yanvar 2026

Gümüşün qiyməti tarixi maksimumu yenilədi

2026-cı ilin mart ayında təhvil veriləcək gümüş fyuçersinin qiyməti Nyu-York "Comex" birjasında tarixi maksimumu yeniləyərək bir troya unsiyası üçün 96 ABŞ dollarını ötüb.


Manset.az xəbər verir ki, bunu ticarət məlumatları təsdiq edir.

Bakı vaxtı ilə saat 20:51-ə olan məlumata əsasən, qiymətli metalın dəyəri 3,73 % artaraq bir troya unsiyası üçün 96,09 ABŞ dollarına çatıb.

Saat 21:00-da gümüşün qiyməti artım tempini zəiflədərək 95,86 ABŞ dollarına (+3,48 %) düşüb.

Qızıl fyuçersi isə "Comex" birjasında 0,88 % artaraq bir troya unsiyası üçün 4 879,9 ABŞ dollarına yüksəlib.

2026-cı ilin yanvar ayının əvvəlindən bəri gümüş fyuçersi 35,5 % bahalaşıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az