Azərbaycan Qazaxıstana neftlə bağlı bu təklifi etdi

23:34 - 07 Aprel 2023

Azərbaycan Qazaxıstana neftlə bağlı bu təklifi etdi

Azərbaycan Qazaxıstana 2023-cü ildə Bakı-Supsa kəməri ilə 5 milyon ton neftin öz ərazisindən nəql edilməsini təklif edib.

 

Manset.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi özəl mənbələrə istinadən məlumat yayıb.

Mənbələrdən biri bildirib ki, razılıq əldə olunarsa, neft Xəzər dənizinin Qazaxıstan şelfindəki nəhəng Kaşaqan yatağından tədarük edilə bilər. Nəşr qeyd edib ki, Azərbaycan, həmçinin Gürcüstanın Qara dəniz limanları vasitəsilə də neft nəqlini təklif edib.

Məlumata görə, tərəflər hazırda detalları müzakirə edir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az