Dollar dövriyyədən çıxır? - Ekspertdən açıqlama

11:15 - 11 Aprel 2023

Dollar dövriyyədən çıxır? - Ekspertdən açıqlama

“Dollar hazırda dünyada aparıcı yığım vasitəsidir. Düzdür, bir sıra ölkələr ondan imtina etməyə çalışır. Lakin dollardan istifadə kəskin azalmayıb. Yenə də qlobal rezervlərin 60 fazidən çoxu dollarla saxlanılır”.

 

Manset.az xəbər verir ki, bunu Bakupost.az -a açıqlamasında iqtisadçı-alim, millət vəkili Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, bu ilin fevralından etibarən Rusiyada ölkə tarixində ilk dəfə olaraq Çin pulundan istifadə səviyyəsi dolları keçib:

"Eyni zamanda Çin və Braziliya qarşılıqlı ticarətdə dolların minimumlaşdırılması ilə bağlı razılıq əldə ediblər. Təbii ki, bütün bunlar müəyyən qədər dolların mövqeyinə təsir göstərir. Ancaq qlobal valyuta olaraq dolların çox qısa zamanda dövriyədən çıxması real görünmür”.

Ekspert qeyd edib ki, Azərbaycan Dövlət Neft Fondunun valyuta yığımlarına diqqət etsək, görərik ki, yenə də dollara ağırlıq verilir:

"Digər suveren fondlarda da dollarla yığımlar üstünlük təşkil edir. Ona görə də vətəndaşların vəsaitlərinin bir hissəsini dollar, bir hissəsini avro, qalanını isə milli valyuta ilə saxlaması məqsədəuyğun olardı. Çünki bütün hallarda həm cari xərcləmələr, həm də digər məqsədlər üçün manata ehtiyac var".


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az