Bakıda maşından güllələnmiş kişi meyiti tapıldı

10:17 - 17 Dekabr 2024

Bakıda maşından güllələnmiş kişi meyiti tapıldı

Bakıda avtomobildən üzərində güllə xəsarətləri olan meyit tapılıb.

 

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə dünən saat 21 radələrində Binəqədi rayonu Goradil qəsəbəsi ərazisində dəniz sahilində baş verib.

Belə ki, Abşeron rayon sakini 1975-ci il təvəllüdlü Yalçın Xanış oğlu Cəfərovun “Honda” markalı avtomobilində üzərində güllə xəsarətləri olan meyiti tapılıb. Hadisə yerindən 1 ədəd nömrəsi silinmiş ov tüfəngi aşkar edilib.

İlkin araşdırmalardan sonra Y.Cəfərovun maşında özünü güllələyərək intihar etdiyi bildirilib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az