Bakıda şirkət əməkdaşının avtomobildə meyiti tapıldı

14:09 - 20 Fevral 2025

Bakıda şirkət əməkdaşının avtomobildə meyiti tapıldı

Bakıda şirkətlərdən birinin əməkdaşı iş başında vəfat edib.

 

Manset.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə fevralın 19-u saat 02 radələrində Qaradağ rayonu Sahil qəsəbəsinin ərazisində baş verib.

“Norm” sement şirkətində sürücü işləyən Abşeron rayon sakini 1964-cü il təvəllüdlü Səbirxan Məmmədovun meyiti idarə etdiyi “Shacman” markalı yük maşınında tapılıb.

Onun sükan arxasında infarkt keçirərək öldüyü bildirilib.

Faktla bağlı araşdırmalar aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az