Kiyevdə azərbaycanlı ata və oğlu güllələndi - ANBAAN VİDEO

10:33 - 03 Sentyabr 2025

Kiyevdə azərbaycanlı ata və oğlu güllələndi - ANBAAN VİDEO

Avqustun 31-i Ukraynanın Kiyev vilayətinin Fastiv şəhərində azərbaycanlı ata və oğlu güllələnib.



Manset.az xəbər verir ki, keçmiş hərbçi olduğu bildirilən şəxs İsmayıl Rəhimov və atası Fərmana yaxınlaşaraq onlara atəş açıb.

Nəticədə 28 yaşlı İsmayıl hadisə yerində ölüb, atası isə ağır xəsarətlər alıb.

Bildirilir ki, hadisə ticarət mübahisəsi zəminində baş verib.

Atəş açan şəxs saxlanılıb.

Zərərçəkmiş şəxslər əslən İsmayıllı rayonundandır və uzun müddətdir Ukraynada yaşayırmışlar.

Hadisə anının görüntülərini təqdim edirik:



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az