Bakıda məşhur restoranın administratoru qətlə yetirildi

22:12 - 01 Yanvar 2026

Bakıda məşhur restoranın administratoru qətlə yetirildi

Yanvarın 1-də Bakıda bıçaqlanma hadisəsi baş verib.


Manset.az News24.az-a istinadən xəbər verir ki, hadisə Səbail rayonu ərazisində qeydə alınıb.

Ərazidə yerləşən “Purple Karaoke” restoranında müştərilər arasında yaranan mübahisə qısa zamanda davaya çevrilib. 36 yaşlı H.Məcidov münaqişə zəminində paytaxt sakini 32 yaşlı E.Rəcəbliyə bıçaqla xəsarət yetirib. E.Rəcəbli xəstəxanaya aparılarkən yolda ölüb. 

Qeyd edək ki, qətlə yetirilən Emil Rəcəbli sözügedən restoranda administrator vəzifəsində çalışıb.

Hazırda faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az